Nüfuzlu "FourFourTwo" nəşri hazırda dünyanın futbol üzrə ən yaxşı 10 qapıçısının adını açıqlayıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, ilk “üçlük”də İngiltərə Premyer Liqasında çıxış edən qolkiperlər yer alıblar.
Siyahıya “Liverpul”un formasını geyinən Alisson Beker başçılıq edir. “Mançester Siti”nin şərəfini qoruyan Ederson Moraes ikinci, “Arsenal”ın uğurları üçün çalışan David Raya isə üçüncü pillədə qərarlaşıb.
Hazırda dünyanın ən yaxşı 10 qapıçısı:
1. Alisson Beker (“Liverpul”, İngiltərə)
2. Ederson Moraes (“Mançester Siti”, İngiltərə)
3. David Raya (“Arsenal”, İngiltərə)
4. Canluici Donnarumma (PSJ, Fransa)
5. Manuel Noyer (“Bavariya”, Almaniya)
6. Tibo Kurtua (“Real Madrid”, İspaniya)
7. Mik Menyan (“Milan”, İtaliya)
8. Unai Simon (“Atletik”, Bilbao, İspaniya)
9. Georgi Mamardaşvili (“Liverpul”)
10. Emiliano Martines (“Aston Villa”, İngiltərə).
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı
- Bu rayonlara yağış, Şahdağa qar yağır – Faktiki hava