Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə direktor əvəzi təyin edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədova Mətanət Nəbi qızı sözügedən quruma direktor əvəzi təyin olunub.
Mətanət Məmmədova bu vəzifəyə qədər nazirlik Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri, daha əvvəl isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, 48 saylı Abşeron birinci seçki dairəsindən YAP-ın namizədi olan və parlamentə mandat qazanan Nigar Məmmədova DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor idi. Artıq onun vəzifəsinə xitam verilib. Nigar Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun həyat yoldaşıdır.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı