NATO respublikaya hücum edən kimi nüvə silahından istifadə olunacaq, bunu Rusiya Federasiyası da təsdiqləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşündə deyib.
“Belarusa hücum Üçüncü Dünya müharibəsi olacaq. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına düzəliş edərək bunu təsdiqlədi ki, Rusiya və Belarusa hücum olarsa, biz nüvə silahından istifadə edəcəyik”, - o bildirib.
Qeyd edək ki, Putin nüvə doktrinasına dəyişikliklə bağlı Təhlükəsizlik Şurasında məlumat verərkən, bu məsələlərin Belarus prezidenti ilə razılaşdırıldığını vurğulamışdı.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı