Botsvana Prezidenti Mokvetsi Masisi Almaniyaya videomüraciət edərək, ölkəsindəki filləri öldürməklə hədələyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, Masisi Almaniya hakimiyyətinin ov qənimətlərinin idxalını məhdudlaşdırmaq təklifinə cavab olaraq Berlini 20 min fil hədiyyəsini qəbul etməyə dəvət edib.
Masisi qeyd edib ki, ov tədbirləri sayəsində artan fil sayına nəzarət etmək olur və ov qənimətlərinin satışı afrikalılara gəlir gətirir.
Almaniyadan heç bir cavab ala bilməyən Masisi şiddətli quraqlıq səbəbindən fillərin ölüm riski ilə üzləşdiyini vurğulayaraq təklifini təkrarlayıb:
“İnsanlarımız acdırsa, onları yedizdirmək bizim borcumuzdur. Mən açıq deyə bilərəm ki, onlar fil də yeyirlər!”
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı