Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin şam yeməyinə qatılmadan Türkiyəyə qayıdıb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Türkiyə mətbuatı bunun ABŞ-ın İsrailə dəstəyi ilə bağlı ola biləcəyini yazıb, amma Ankaradan hələlik iştirak etməmə səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
“Ərdoğan BMT-dəki çıxışlarında Bayden administrasiyasının İsrailə verdiyi dəstəyi vurğuladı və bəlkə də şam yeməyində iştirak etməmək buna cavabdır”, - deyə mənbə yazır.
Xatırladaq ki, Türkiyə prezidenti Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfər etmişdi.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı