Vladimir Putinin nüvə silahı olmayan ölkələrə qarşı nüvə silahından istifadə ilə bağlı yeni hədələri onun məsuliyyətsiz davranışının bir daha sübutudur və AB-nin Ukraynaya davamlı dəstəyi ilə bağlı mövqeyini dəyişməyəcək.
BUTA.TV xəbər verir ki, bunu AB nümayəndəsi Peter Stano bildirib.
Onun sözlərinə görə, Putin nüvə kartından ilk dəfə deyil istifadə edir.
“Bu, Putinin çox məsuliyyətsiz və qəbuledilməz davranışının davamıdır və BMT Baş Assambleyasının keçirildiyi vaxtda bütün dünyaya özünün əsl üzünü göstərirdi. Biz, əlbəttə ki, bu təhdidləri qəti şəkildə rədd edirik. Avropa Birliyinin mövqeyi dəyişməz olaraq qalır”, - deyə o bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ölkənin nüvə doktrinasına dəyişiklik ediləcəyini açıqlayıb.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı