Mehriban Məmmədova 175 nömrəli uşaq bağçasına müdir təyin edilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Xatırladaq ki, bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əsədova Zemfira Adil qızının müdiri olduğu 175 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb.
Bağçanın müdiri, Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova yoxlamalardan sonra işdən çıxarılıb.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı