Rusiya Prezidenti Vladimir Putin və onun generalları nüvə silahından ilk istifadə edənin lənətə gələcəyini yaxşı bilirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda Rusiyanın nüvə silahından mümkün istifadəsi ilə bağlı açıqlamasında deyib.
“Əgər bu məsələyə soyuqqanlı və panikasız baxsaq, o zaman aydın olmalıdır: O, (Putin) bizə uzun illər Rusiyanın nüvə doktrinasında təsbit ediləni təkrarlayır”, - Duda bildirib.
Dudanun sözlərinə görə, Putinin açıqlamasında yeni nə isə yoxdur.
Prezident əlavə edib ki, nüvə silahından istifadə edəcək ilk şəxs tam məsuliyyət daşıyacaq.
Qeyd edək ki, Rusiya nüvə doktrinasına dəyişiklik edəcəyini elan edib.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı