Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, paylaşımda qeyd olunur:
“Bu gün, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 4 il ötür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun əzm və iradəsi sayəsində torpaqlarımızın 30 ilə yaxın hərbi işğalına, vətəndaşlarımızın fundamental hüquqlarının, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına son qoyan Vətən müharibəsi tarixi ədalətin zəfəridir. 27 sentyabr - Anım Günündə bu tarixi zəfəri bizə yaşadan, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq”.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı