Paşinyanın Ərdoğanla görüşməsi və ondan Türkiyə prezidentinin müəllifi olduğu kitabı hədiyyə alması düzgün addımdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, hakimiyyət tərəfindən atılan bütün addımlar regionda sülhün bərqərar olmasına və iqtisadi rifahın təmin olunmasına yönəlib:
“Bəs siz nə təklif edirsiniz? Yəni Ermənistan qonşuları ilə diplomatik münasibətlər qurmasın və öz siyasəti ilə yeni problemlər, düşmənçilik yaratsın?”
Papoyan keçmiş hakimiyyəti Ermənistanı bütün iqtisadi nəticələrlə birlikdə 30 il blokada və təcrid şəraitində saxlamaqda ittiham edib.
Qeyd edək ki, erməni müxalifəti Paşinyanı Ərdoğanla görüş üçün Nyu Yorkdakı Türk Evinə getməkdə ittiham edir.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı