İsrail koalisiyası rəsmiləri Baş nazir Benyamin Netanyahunu 12 ölkənin təklif etdiyi Livanla 21 günlük atəşkəsə razılaşmamağa çağırıb. Onların fikrincə, bunun mənəvi əsası yoxdur və sadəcə olaraq Hizbullaha bir sıra zərbələrdən sonra yenidən qruplaşmasına imkan yaradılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
İsrail maliyyə naziri Bezalel Smotriç X səhifəsində yazıb ki, şimaldakı kampaniya bir ssenari – Hizbullahın məhvi ilə nəticələnməlidir. Bu imkandan məhrum olmaq şimaldakı sakinlərə ziyan vurmaqdır.
İsrailin məskunlaşma və milli layihələr naziri Orit Strok da atəşkəsə qarşı çıxıb və bildirib ki, nəinki 21 gün, heç 21 saatlıq atəşkəs üçün heç bir mənəvi səbəb yoxdur.
İsrailin irs naziri Amihay Eliyaqu atəşkəs səylərini təhlükəli ikiüzlülük adlandırıb.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı