Ermənistan Baş naziri Nikol Paşinyanın həyatına ciddi təhlükə var.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni ekstrasens İnara Qriqoryan “Hraparak”a müsahibəsində deyib.
O bildirib ki, Paşinyanın siyasi deyil, həyati baxımdan ən kritik günləri oktyabrda olacaq, onu öldürməyə cəhd edəcəklər:
“Bu, Paşinyanın fərqinə vardığından qat-qat böyük təhlükədir. Ümumiyyətlə, insan özünü heç bir təhlükə görmədiyi tərəfdən qorumalıdır. Söhbət bundan gedir. Təhlükə onun mövqeyində deyil, həyatındadır”.
O iddia edib ki, 2025-ci ildə koronavirusa bənzər olduqca ağır bir xəstəlik olacaq:
“Koronavirusdan daha pis bir xəstəlik var ki, geniş yayıla bilər. Mən başqa millətlərin nümayəndələrini - Ermənistana daxil olan miqrantları da görürəm. Qonşu ölkələrdə hakimiyyət dəyişikliyi görürəm, bir qadın lider hakimiyyətə gələcək, iki il hakimiyyətdə olacaq, iki ildən sonra gedəcək. O, uzun müddət hökmranlıq edə bilməz, öldürüləcək”.
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı
- Salyanda ağır qəza: ölən və yaralananlar var
- Yüksək maaşlı iş təklif ilə dələduzluq edənlər saxlanıldı