İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişinin tərəfləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Biz nüvə sazişinin tərəfləri ilə qarşılıqlı fəaliyyətə hazırıq. Müqavilənin öhdəlikləri tam və vicdanla yerinə yetirilərsə, başqa məsələləri də müzakirə edə bilərik. Belə bir mesaja uyğun cavab yeni sanksiyalar tətbiq etmək yox, sanksiyaları ləğv etmək və gələcək razılaşmalar üçün zəmin yaratmaqdır. Ümid edirəm ki, İranın bu səsi bu gün eşidiləcək”, – o bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı