Təzəlikcə ürəyimdən əməliyyat olunmuşam, başım aşağı olan vaxt şəklimi çəkib, yuxuladığım barədə xəbərlər tirajlayırlar. Elə bir şey yoxdur, sadəcə aşağı baxıb, fikirləşirdim.
BUTA.TV xəbər verir ki, bunu 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat seçilən Səttar Möhbalıyev VII çağırış Milli Məclis deputatlarının ilk iclasında yuxulaması barədə yayılan görüntülərə münasibət bildirərkən Teleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən də səhhətindəki problemlərlə əlaqədar ayrılıb:
"Kim nə yazır-yazsın, yalandır. Sadəcə başımı aşağı salıb baxmışam, götürüb çəkiblər. Ürəyimdəki narahatlığa görə Almaniyaya 20 günlük müalicəyə getməyə hazırlaşıram".
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı