Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə hüquqazidd əməllərin qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata görə, Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus “Land Rover” markalı avtomobilə texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.
Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prosesual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyatı üzrə təhvil verilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı