BMT Baş Assambleyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan alman həmkarı Analena Berbokla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN-i məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri, ikitərəfli gündəliyi, Ermənistan-AB tərəfdaşlığının dərinləşdirilməsini və regional mövzuları müzakirə edib.
Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə dair də fikir mübadiləsi aparılıb.
Mirzoyan vurğulayıb ki, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var, onun həyata keçirilməsi güclü siyasi iradə tələb edir və bunu Ermənistan da öz növbəsində aydın şəkildə ifadə edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı