Məsud Pezeşkianın gərginliyin azaldılması ilə bağlı çıxışları ilə eyni vaxtda 10 gün əvvəldən başlayaraq SEPAH Tehranın 110 kilometr cənub-şərqində, Vəramin yaxınlığındakı bazada Fələstin və Yəməndən olan proksi qüvvələrə geniş təlim kursu keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə xarici media İrandakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda Vəramin yaxınlığındakı “Şəhid Şəbani” təlim düşərgəsində 300-ə yaxın fələstinli və yəmənli silahlının qısamüddətli təlim kursunun son mərhələsi keçirilir.
Mənbələr bildiriblər ki, keçirilən təlimlərin mahiyyəti göstərir ki, bu təlimlər hücum xarakterlidir və bu qüvvələr İranın göstərişi ilə həyata keçirilən hücumu hazırlamaq məqsədi daşıyır.
Bu təlimlərə partizan döyüş təlimləri, quru və piyada hücumları, girov götürmə, bombaların hazırlanması daxildir.
Qeyd edək ki, "Şəhid Şəbani" təlim düşərgəsi son illər İranın İraq, Suriya, Yəmən, Fələstin və başqa ölkələrdəki proksi qüvvələrinin əsas təlim mərkəzlərindən biri kimi fəaliyyət göstərib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı