Əməkdar artist Elza Seyidcahan dələduzluq qurbanı olub.
BUTA.TV xəbər verir ki, bu barədə o, canlı yayımda video-müraciətində deyib. Əməkdar artistin sözlərinə görə, bir il əvvəl lombarddan 100 min manatlıq qızıl müqabilində pul götürüb. Daha sonra o, götürdüyü məbləği qaytarsa da, zinət əşyalarını geri ala bilməyib:
"İnanıram ki, Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmir bu işlə bağlı ədalətli qərar çıxaracaq. Səhnədə yıxılıb yaralandığım üçün məhkəməyə gələ bilmədim, amma prosesi izləyirəm, biganə deyiləm. Bir ildən çoxdur işimiz uzanır, qızılımı alanlar heç narahat olmadılar. Xəyal Abdullayev, Rəşad və Fərid bizi aldadıb qızıllarımızı qaytarmırlar. Bu qızıllar mənim, qızımın, anamın, rəfiqələrimindir".
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı