İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran dözümlülük göstərib, ancaq istənilən vaxt süverenliyinin pozulmasına görə İsrailə cavab vermək hüququnu özündə saxlayır.
BUTA.TV xəbər verir ki, bu sözləri Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif deyib.
“Biz bölgədə müharibə və gərginliyin artmasının tərəfdarı deyilik və Netanyahunun bizi müharibəyə cəlb etmək üçün qurduğu tələyə düşməyəcəyik”, - o bildirib.
Zərif iddia edib ki, Haniyənin Tehranda öldürülməsindən sonra beynəlxalq ictimaiyyət Qəzzada atəşkəsin baş tutması üçün İrandan təmkinli olmağı istəyib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı