Sentyabrın 22-də paytaxtın Nizami rayonu ərazisindən VAZ-2104 markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Sabirabad rayonunda S.Bağırovun həyətində sökülmüş vəziyyətdə tapılıb.
S.Bağırov şübhəli şəxs qismində saxlanılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və Ş.Hüseynov da müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı