Azərbaycan Ermənistanla normallaşma gündəliyinin təməlini qoyub.
BUTA.TV xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan “Gələcəyin Sammiti”ndə çıxışı zamanı deyib.
"Azərbaycan Ermənistanla postmünaqişə dövründə tam şəkildə bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinə əsaslanan normallaşma gündəliyinin təməlini qoyub", - deyə C. Bayramov vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan BMT Nizamnaməsi ilə qorunan suverenlik və ərazi bütövlüyü kimi hüquqlarını bərpa edərək yeni dövrə qədəm qoyub:
“Biz ikitərəfli danışıqlar vasitəsilə əldə edilmiş irəliləyişi əsas götürərək, yerdə qalan əngəlləri aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırır, lazımi siyasi iradənin və məsuliyyətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı