Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclisin ilk iclasında parlamentin spiker və vitse-spikerləri, komitə sədrləri və müavinləri seçilib. İclasda diqqət çəkən məqam parlament azlığına vəzifələrin verilməsidir. Müxalifətin parlamentdəki sayının fraksiya yaratmaq üçün belə kifayət etmədiyi halda, 15 komitədən birinin sədri müxalifət təmsilçisi olub. Həmçinin 4 partiya sədri komitə sədrinin müavini seçilib.
Mövzu ilə bağlı BUTA.TV-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu, parlamentdə müxtəlif rəylərin nəzərə alınması baxımından doğru yanaşmadır.
“Parlamentdə komitələrin mütləq əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasına məxsusdur. Parlamentdə müstəqil və müxalif deputatlar da olduğundan, onlar kənarda qalmayıb. Müstəqil və müxalifət deputatlar sədarətdə də təmsil olunublar. Parlamentdə müxtəlif rəylərin nəzərə alınması baxımından bu, doğru yanaşmadır. Gələcəkdə müxalifət fraksiyasının yaradılması parlamentdə sağlam polemikaya təkan verərdi”, - o əlavə edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı