Sentyabrın 25-də saat 19:00-da “Libraff”ın Park Akademiya filialında xalq yazıçısı, akademik Kamal Abdullanın “SEÇMƏLƏRİN SEÇMƏSİ – QRANULALAR” kitabının təqdimat mərasimi keçiriləcək.
Kult.az xəbər verir ki, müəllifin 7 cildlik “Seçilmiş əsərləri”ndən seçilmiş bir sıra qranula-cövhər sayıla biləcək məqamlar ayrı-ayrı şəkildə ilk dəfə bu kitabda toplanıb.
Kitabın redaktorları akademik Muxtar Kazımoğlu və tənqidçi Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov, Cavid Zeynallı və Toğrul Mehdidir.
Müəllifi kitabı yazmağa ruhlandıran imzalar isə xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli və Fərhad Təhməzlidir.
“Everest” Nəşriyyat Evində çap olunan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Giriş sərbəstdir.
Ünvan: Bakı şəh.Yasamal rayonu, Hüseyn Cavid prospekti,1
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı