Rusiya Ermənistanla Azərbaycan arasında gələcək razılaşmaların həyata keçirilməsini təmin edə biləcək.
BUTA.TV xəbər verir ki, bunu “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan deyib.
“Biz hər yerə mesaj verdik ki, Rusiyanı Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi və təminatçı hesab edirik. Rusiya gələcəkdə Ermənistanla Azərbaycan arasında əldə olunan istənilən razılaşmanın həyata keçirilməsini təmin edə bilər”, - Tevanyan bildirib.
Onun sözlərinə görə, indiki hadisələr sülh prosesinə deyil, daha çox Ermənistanın Türkiyə-Azərbaycan gündəminin xeyrinə birtərəfli güzəştlərinə oxşayır.
Qeyd edək ki, bir müddət öncə “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyanın rəhbərlik etdiyi nümayəndə heyəti Donbasa səfər etmişdi. Rusiya bu səfəri alqışlamışdı.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı