Xəbər verdiyimiz kimi, bugün VII çağırış Milli Məclisin ilk iclası keçiriləcək.
BUTA.TV-ın əldə etdiyi məlumata görə, parlament rəhbərliyində təmsil olunacaq şəxslərin adları bəllidir. Milli Məclisdə çoxluğa sahib olan hakim Yeni Azərbaycan Partiyası sədr postuna deputat Sahibə Qafarovanın namizədliyini irəli sürüb. Sədrin birinci müavininin kimliyini də iqtidar partiyası müəyyən edib. Ən son məlumatlara görə, YAP Milli Məclis sədrinin birinci müavini postuna Baş nazirin sabiq müavini Əli Əhmədovun namizədliyini irəli sürüb.
Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri vəzifəsinə deputat Musa Qasımlının və deputat Rafael Hüseynovun namizədlikləri irəli sürülüb
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı