Kreml anlayır ki, onun Qərbi nüvə silahı ilə qorxutmaq taktikası öz effektivliyini itirir. İndi Vladimir Putin "qırmızı xətlər"ini qorumaq üçün bəzi yeni alətlər hazırlamalıdır.
BUTA.TV xəbər verir ki, bu barədə "Vaşinqton Post" mənbəyə istinadən məlumat yayıb.
"Artıq belə bəyanatlara qarşı “immunitet” var və bu, heç kimi qorxutmur", - mənbə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinə yaxın olan mənbə etiraf edib ki, Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı azdır, çünki bu, Rusiyanın Qlobal Cənubdakı tərəfdaşları arasında narazılığa gətirib çıxara bilər və həmçinin, açıq-aydın, hərbi nöqteyi-nəzərdən o qədər də effektiv deyil.
Qeyd olunur ki, ABŞ-ın Qərb silahlarının Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək qadağasını ləğv etməməsi Kremli müəyyən dərəcədə arxayınlaşdırdı.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı