Pakistanda üç nəfər peyvənd kampaniyası zamanı qızı zorlayıb.
BUTA.TV xarici KİV-ə istinadla bildirir ki, polis qrup şəklində zorlamada şübhəli bilinən əsas şəxsi saxlayıb. Digər iki şübhəli hələ də axtarılır. Hadisə Sind əyalətinin cənubundakı Jacobabad rayonunda baş verib.
Bildirilir ki, Pakistanda poliomielit peyvəndi kampaniyası çərçivəsində tibb işçiləri qapı-qapı gəzərək insanları peyvəndə cəlb edir. Bu hadisə da onlara edilən silsilə hücumlardan biridir.Məlumata görə, zərərçəkən qadın uşaqlara poliomielit damcıları vermək üçün Jacobabaddakı evə girdikdən sonra üç kişi tərəfindən zorlanıb. Əhməd Cəhrani adlı şübhəli bir gecədə həbs edilib.
Polis hələ də zorlamada şübhəli bilinən daha iki nəfəri axtarır. Hücumdan sonra yerli polis rəisi və rayon administratoru poliomielit işçisinin lazımi təhlükəsizliyini təmin etmədiyi üçün səhlənkarlığa görə işdən çıxarılıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı