Şri-Lankada keçirilən prezident seçkilərində müxalifətin “Milli Xalq Hakimiyyəti” alyansının lideri Anura Kumara Dissanayake qalib gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Şri-Lankanın “Nyusfirst”xəbər portalı məlumat yayıb.
Bildirilib ki, səslərin ikinci hesablanmasının nəticələrinə görə, Dissanayakeni 5 milyon 740 min 179 seçici, onun müxalif Vahid Milli Qüvvələr partiyasından ən yaxın rəqibi Sadjit Premadasa isə 4 milyon 530 min 902 seçici tərəfindən dəstəklənib.
Şri-Lankanın Seçki Komissiyası hələlik rəsmi nəticələri açıqlamayıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı