Türkiyənin Uludağ Universitetindəki Türk Dilinin Tədqiqi və Tətbiqi Mərkəzində (ULUTÖMER) Azərbaycan dili kurslarının açılması planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bununla bağlı Bursa vilayətində fəaliyyət göstərən mərkəzin fəaliyyəti haqqında Əsasnamədə müvafiq dəyişiklik edilib.
Sənədin mətni bazar günü, sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzetində dərc olunub.
ULUTÖMER-in Əsasnaməsinin yeni redaksiyasına əsasən, Azərbaycan dili ilə yanaşı qazax, qırğız, özbək, türkmən və digər dillər üzrə də kursların açılması planlaşdırılır.
Mərkəz türk xalqlarının mədəniyyətini öyrənmək məqsədilə Türkiyənin bölgələrinə və xaricə səfərlər təşkil etməyi, dilçilik sahəsində fərqlənənlərin mükafatlandırılmasını da planlaşdırır.
Əsasnamənin icrası Uludağ Universitetinin rektorluğuna həvalə edilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı