Cənubi Afrika Respublikası (CAR) üçün spesifik olmayan qarın yağması yollarda ciddi problemlər yaradıb.
BUTA.TV xəbər verir ki, böyük həcmdə qar yağdığı üçün minlərlə avtomobil yollarda qalıb. Hökumət vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün vacib magistrallarda hərəkəti qadağan edib.
Bəzi ərazilərdə qar təbəqəsinin qalınlığı 2 metri ötüb. Ehtiyat tədbiri olaraq qonşu Lesoto ilə sərhəd bağlanıb. Sərhədin hər 2 tərəfində çox sayda yük avtomobili və avtobus gözləyir.
Xilasedicilər yolda qalan şəxslərə qida və isti geyim çatdırıblar.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı