Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı ədalətli mövqe sərgiləyib. O qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad etməyi bacarıb.
BUTA.TV xəbər verir ki, erməni politoloq Suren Surenyants bunu Qarabağla bağlı Qərb mövqeyinin səmimi şəkildə ifadə olunduğu nadir hallardan biri adlandırıb.
O iddia edib ki, bu, Qərbin ermənilərə qarşı olması demək deyil:
“Problem Qərbin regionda Rusiyanın təsirini zəiflətməyə yönəlmiş maraqlarıdır”.
Onun sözlərinə görə, Lemminin bu açıqlamasına rəsmi İrəvan heç bir reaksiya verməyib:
“Ancaq bu sözləri Lavrov desəydi, Ermənistanın məşhur dairələrində hansı hay-küy yaranacağını təsəvvür edin”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı