Bloger Aleksandr Lapşin 2024-cü il sentyabrın 21-də Belarus hüquq-mühafizə orqanlarının axtarış elanı əsasında Ermənistan polisi tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Lusine Martirosyan Feysbuk səhifəsində yazıb.
“Prokuror sənədləri öyrəndikdən sonra A.Lapşinin saxlanılmaması ilə bağlı şifahi göstəriş verib. Hazırda Lapşin azadlıqdadır”, - o yazıb.
Qeyd edək ki, ermənipərəst, Azərbaycana qarşı böhtanları ilə tanınan Lapşin bu gün Zvartnots hava limanında saxlanılıb. Erməni mediası Lapşinin Azərbaycan və Rusiyanın axtarışa verdiyini yazmışdı.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı