Bu gün əsgərlərimiz düşmən ərazisində göstərdikləri atıcılıq və sərrastlıqlarına görə bir daha tərifə layiqdirlər. Vəziyyəti kökündən dəyişdirən budur: müharibəni Rusiya ərazisinə gətirmək.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 21-də Rusiyanın iri anbarlarına endirilən zərbələri şərh edib.
O qeyd edib ki, Təhlükəsizlik Xidmətinin (SBU) vurduğu anbarda taktiki raketlər və idarə olunan bombalar saxlanılıb:
"Bu anbarlarda Rusiyanın şəhərlərimizə, mövqelərimizə qarşı terror üçün istifadə etdiyi hər şey var idi".
Qeyd edək ki, sentyabrın 21-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətində Tixoretsk arsenalına və Tver vilayətində, Oktyabrski kəndi yaxınlığındakı 23-cü arsenalına zərbələr endirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı