Futbol üzrə Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, günün yeganə matçında "Turan Tovuz" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da tovuzlular mövsümdə ilk dəfə məğlub olublar.
Bu nəticədən sonra Tovuz təmsilçisi 14 xalla 2-ci, Naxçıvan klubu isə 13 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun ilk iki oyununda "Şamaxı" "Kəpəz"ə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib. Tura sentyabrın 22-də keçiriləcək "Səbail" - "Sabah" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı