Naxçıvanda ağır yol qəzası olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb.
Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Fərid Emin oğlu Rəsulov, sərnişinlər - Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıb.
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı