Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıblar.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat Azərbaycan Gimnastika Federasiyasından verilib.
Bildirilib ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı