Sentyabrın 16-da Bilik Günü münasibətilə Bakı məktəblərindən birində keçirilən tədbirdən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, görüntülərdə bir qrup şagird xor şəkildə “Yol verin Turan gəlir” mahnısını ifa edirlər.
Sözügedən video bir neçə gündür xüsusilə sosial şəbəkələrin Türkiyə seqmentində gündəm olub. Azərbaycan məktəbində vətənpərvər istiqamətdə mahnıların ifası maraqla qarşılanıb.
Hətta bir neçə tanınmış türkiyəli siyasətçi videonu paylaşaraq təqdir edib və bunu Türkiyə ilə yanaşı bütün Türk dünyasına nümunə adlandırılıb. Görüntülər hazırda da sürətlə paylaşılır.
Həmin videonu təqdim edirik:
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı