Rusiya xüsusi xidmət orqanları Ermənistanda dövlət çevrilişinə cəhdin təşkilindən xəbərdar olublar.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində hakim Mülki Müqavilə Partiyasından deputat Armen Xaçatryan deyib.
“Fikrimcə, Rusiyanın təhlükəsizlik orqanları o qədər də qeyri-peşəkar deyillər ki, Ermənistandan onlarla insanın gəlib təlim keçməsini bilməsinlər. Məncə iştirakçıların sayı 7-dən çoxdur. Əgər Rusiyanın səriştəli orqanları məsələdən xəbərdar deyildilərsə, o zaman bu, çox böyük problemdir” – deyə o bildirib.
Xatırladaq ki, keçən həftə Ermənistanda dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbs edilib. Onlar içərisində Qarabağ erməniləri də yer alıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı