Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən xəbərə görə, ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.
Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb.
O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı