Heç bir düşmən İran torpaqlarını işğal etməyə cəsarət etməz.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian İran ordusunun hərbi parad mərasimində çıxışı zamanı deyib.
“Bu gün biz bütün dünyaya qətiyyətlə bəyan edirik ki, ölkəmizi qorumaqla yanaşı, islam ölkələrinin birliyi sayəsində regionumuzda sülh və təhlükəsizliyi qoruyub saxlaya, şərəf və qürurumuzu bütün dünyaya göstərə bilərik.
Bu birlik sayəsində biz qəsbkar, qaniçən və cinayətkar, qadına, kişiyə və uşaqlara aman verməyən İsrailin qarşısını ala bilərik. Əgər biz bir olsaq və gücümüzü birləşdirsək, İsrail cinayətlərini davam etdirə bilməyəcək”, - deyə İran prezidenti əlavə edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı