İran prezidentinin hicab qaydaları ilə bağlı cəza tədbirlərlərinin yumuşaldılması barədə vədlərinə baxmayaraq, məcburi hicab qaydalarını pozanlara qarşı yeni tədbirlər görülür.
BUTA.TV xəbər verir ki, bu barədə Tehran Universiteti İslam Birliyinin katibi Məhəmməd Trabi bildirib.
O, universitetlərdə məcburi hicab qaydalarına nəzarət etmək üçün çox sayda qadın “hicab nəzarətçisi”nin işə götürüldüyünü açıqlayıb.
Turabi bildirib ki, bundan əvvəl məcburi hicab qaydalarını pozduqları üçün universitetlərdən qovulan tələbələrin təhsillərinin bərpası ilə bağlı işlərə baxılmır.
Qeyd edək ki, Məsud Pezeşkian məcburi hicab qaydaları ilə bağlı cəza tədbirlərinin yumuşaldılacağı və buna görə ali məktəblərdən qovulan tələbələrin təhsil ocaqlarına geri qaytarılacaqlarını bildirmişdi.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı