Çexiyanın paytaxtı Praqa şəhərində erməni rejissorların 44 günlük müharibə və Qarabağdakı hadisələrlə bağlı çəkdikləri filmlər nümayiş olunacaq.
Kult.az xəbər verir ki, filmlərin nümayişi CARM erməni-çex təşkilatının təşəbbüsü ilə həyata keçiriləcək.
Bildirilib ki, sentyabrın 30-da Praqadakı Skautski İnstitutu Hasmik Movsisyanın “250 km”, Arman Ayvazyanın “Daş”, Emil Mkrtçyanın “Ana Vətən” və Saşa Klempin “Blokada” filmlərini təqdim edəcək.
Qeyd edək ki, filmlərin adından da göründüyü kimi, bu, Qarabağdakı hadisələri və Ermənistanın 30 illik işğalını təhrif etməyə yönələn Azərbaycana qarşı təxribat kampaniyasının bir hissəsidir.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı