Fövqəladə Hallar Nazirliyinin (FHN) Mühasibat Uçotu İdarəsinin rəisi vəzifəsindən azad edilib.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin əmri ilə polkovnik Flora Qəzənfər qızı Niftiyeva Maliyyə İqtisadiyyat Baş İdarəsinin Mühasibat Uçotu İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Flora Niftiyeva vəzifəsindən azad edilməsi ilə bağlı məlumatı təsdiqləyib. Xanım polkovnik bildirib ki, vəzifəsindən son yaş həddi ilə əlaqədar azad edilib.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi