Bu gün İran Prezidenti Məsud Pezeşkian ayrı-ayrılıqda Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyana məktub göndərərək, Ermənistanın müstəqilliyinin ildönümü və respublika günü münasibətilə təbriklərini çatdırıb.
BUTA.TV İSNA-ya istinadən xəbər verir ki, məktubda Məsud Pezeşkian erməni həmkarına iki dost və qonşu ölkə arasında əlaqələrin qarşıdakı dövrdə daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.
İran prezidenti Nikol Paşinyana məktubunda yazıb:
“İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və o gündən bəri iki ölkə bir-biri ilə mehriban qonşudur. Uğurlu haldır ki, iki ölkə arasında münasibətlər çoxşaxəli, hərtərəfli, güclü və sabitdir və gündən-günə inkişaf edir”.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi