Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində standartlara cavab verməyən yuyucu vasitələr hazırlayan sexin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı həmin sexin sahibi 1987-ci il təvəllüdlü Ramiz Kojaevi saxlanılıb.
Onun Suraxanı rayonu Bülbülə qəsəbəsindəki sexində müxtəlif əmtəə nişanları adı altında qabyuyan maye, sabun, ağardıcı və digər bu tipli təmizləyici vasitələr istehsal etdiyi müəyyən edilib.
Həmçinin,obyektdə sanitar-gigiyena qaydalarına riayət edilmədiyi, istehsalı aparılan məhsulların müvafiq standartlara cavab vermədiyi və istehlakçıların hüquqlarının qorunmasına dair tələblərin pozulduğu aşkarlanıb.
Toplanmış material üzrə Suraxanı Rayon Polis İdarəsində istintaq araşdırmaları davam etdirilir.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi