Təbrizin "Traktor" komandası Asiya Çempionlar Liqasının ikinci mərhələsinin oyunları çərçivəsində Qətərin “Əl Vəkrə” komandası ilə qarşılaşıb.
BUTA.TV xəbər verir ki, oyun sentyabrın 18-i axşam saatlarında Dohada keçirilib.
Qarşılaşma 3-0 Azərbaycan komandasının qələbəsi ilə başa çatıb və “Traktor” bu qələbədən qazandğı 3 xalla Asiya Çempionlar Liqasının A qrupunda turnir cədvəlinin birinci pilləsinə qalxıb.
İdman mediası Təbriz komandasının qələbəsini “Traktor”un Asiya oyunlarında fırtınalı başlanğıcı” başlığı ilə yayıb.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi