20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabinetindən bildirilib.
Qeyd edilib ki, hələlik, iş günüdür:
"Əmək Məcəlləsində müvafiq dəyişiklik yoxdursa, Dövlət Suverenliyi Günü iş günü hesab olunur. Əmək Məcəlləsində dəyişikliyi isə Milli Məclis edir".
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi