ABŞ-ın Cənubi Dakota ştatının Salem şəhərində yerləşən 625 metr hündürlüyündəki telekommunikasiya qülləsində lampanı dəyişən şəxs hər cəhdinə görə 20 min dollar maaş alır.
BUTA.TV xəbər verir ki, bu işçi ildə iki dəfə lampanı dəyişmək üçün qülləyə çıxmağa məcbur olur. Üstəlik, hər dəfə 625 metrlik qülləyə çıxanda özü ilə ağır təmir çantasını da götürməlidir.
Təhlükəsizlik kəmərindən başqa heç bir kömək olmayan bu iş dünyanın ən çətin və riskli işlərindən hesab olunur. Bu işi görmək üçün işçidən elektrik sənəti ilə yanaşı, alpinistlik bacarığı da tələb olunur.
Qeyd edək ki, bu işçinin ABŞ-da bu cür telekommunikasiya qüllələrinə xidmət göstərən 9900 həmkarı var.
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!