Rusiya tikinti sənayesi şirkətləri Azərbaycana işgüzar missiya ilə gələcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzi (RİM) məlumat yayıb.
Rusiya tikinti sənayesi şirkətləri RİM-in dəstəyi ilə Azərbaycana biznes missiyası ilə gələcək. Oktyabrın 3 və 4-də Bakıda iki gün ərzində 20-yə yaxın rusiyalı istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edəcək.
Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Bakıda müasir tikinti materialları və avadanlıqları, tikinti və dizayn üçün innovativ layihələr və həllər təqdim edəcək.
Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, developerlər və memarlıq büroları var.
Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, Rusiya və Azərbaycanın inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq