ABŞ Dövlət katibi Entoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-ın bunu araşdırmağa davam etdiyini deyib.
“Hadisənin nələrə gətirib çıxaracağını və Hizbullah hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm”, - o əlavə edib.
Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.
Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.
- Şahin Şıxlinski və oğluna hökm oxundu
- Pensiya alanların nəzərinə!
- Bakıda ağır qəza: “Toyota” yandı, ölən var - VİDEO
- Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
- “Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?”
- “Saxta kosmetoloqlar” niyə dayandırılmır? – Estetik bazarda xaos
- Qubada qardaş qardaşı bıçaqladı
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!